Müdafiə Nazirliyi: Düşmən Mingəçevir və Tərtəri atəşə tutub

Ermənistan silahlı qüvvələri tərəfindən Mingəçevir şəhəri ərazisinə raket zərbələri, Tərtər şəhərinin ərazisinə isə artilleriya zərbələri endirilib, yaralananlar var.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Ordusu ilə döyüşlərdə sarsıdıcı zərbələr alaraq geri çəkilən düşmən yaşayış məntəqələrimizi intensiv atəşə tutur.

xudaferin.eu

10:51