Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Dağ Maşanlı kəndindən videogörüntülər paylaşıb VİDEO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Dağ Maşanlı kəndindən videogörüntülər paylaşıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Dağ Maşanlı 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu ötən il oktyabrın 25-də kəndi işğaldan azad edib.

Xudaferin.eu


 

12:23