“Mübarizlər” teatr qrupu Xocalı soyqırımı ilə bağlı ədəbi-bədii kompozisiya hazırlayıb

Sabirabad rayon A. İsgəndərov adına Xalq Teatrının nəzdində fəaliyyət göstərən Əlillərdən ibarət “Mübarizlər” teatr qrupu Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar Bərdə və Cəlilabad rayon məktəblərində “Könlüm keçir Qarabağdan” adlı ədəbi- bədii kompozisiyası ilə çıxış edib.

Sabirabad rayon Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılması məqsədilə hazırlanmış kompozisiya gənc nəsli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə hazırlamaq işində əsas təbliğat vasitəsidir.Tamaşanın əsas məqsədi yetişməkdə olan nəsildə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına inam yaratmaqdır.

Aktyorların məharətli çıxışları ədəbi- bədii kompozisiyasını baxımlı edib, səhnə əsəri maraqla qarşılanıb.

AZƏRTAC

17:59