“Müasir Azərbaycan poeziyası antologiyası” kitabı özbək türkcəsində çap olunub

 

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə “Extremum-press” nəşriyyatı tərəfindən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabı özbək türkcəsində çap edilib. Kitabı orijinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar, tərcüməçilər Şəhla Qasımova və Samodil Norkabilova çeviriblər.

Layihənin rəhbəri AMM-nin direktoru Samir Abbasov, tərtibçisi Azərbaycan Dövlət İnformasiya Agentliyinin Orta Asiya və Pakistan üzrə xüsusi müxbiri Qulu Kəngərlidir.

Kitab Şəhriyarın “Heydərbabaya salam” poeması ilə açılır. Kitabda, həmçinin Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qabil, Zəlimxan Yaqub, Nəriman Həsənzadə və gənc şairlərin şeirləri yer alıb. Ümumiyyətlə topluda 73 Azərbaycan şairinin şeirləri var.

Xatırladırıq ki, son vaxtlar AMM-nin layihəsi ilə Daşkənddə özbək dilində bir çox kitablar çap edilib.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

09:51