MSŞT üzrə beynəlxalq idarə heyətinin sədri Azərbaycana gəlir

ADR (Azərbaycan Demokratik Rifah) Hərəkatının sədri Qubad İbadoğlunun açıqlamasına görə, “Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü” (MSŞT) üzrə beynəlxalq idarə heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MSŞT üzrə beynəlxalq katibliyin rəhbəri Yonas Moberq Bakıya işgüzar səfərə gəlirlər.

Səfərin başlıca məqsədlərindən biri ötən il oktyabrın 26-da MSŞT beynəlxalq idarə heyətinin Astana toplantısında qəbul edilmiş islahedici tədbirlər planının icrası, MSŞT standartlarının Azərbaycanda tətbiqi sahəsində vəziyyətlə tanış olmaq üçün maraq qrupları ilə görüşlər keçirmək və ölkəmizin MSŞT beynəlxalq idarə heyəti qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə beynəlxalq dəstəyi ifadə etməkdir.
Səfər çərçivəsində MSŞT sədri və katibliyin rəhbəri Azərbaycan Respublikası Prezidenti, MSŞT Komissiyasının sədri, Mədən sənayesində şəffaflığın artrılması QHT Koalisiyasının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri və aparıcı ölkələrin səfirləri ilə görüşəcəklər. Bu səfərdən yerli vətəndaş cəmiyyətinin gözləntiləri çoxdur.
Odur ki, "Mədən sənayesində şəffaflığın artırılması" QHT Koalisiyasının dunən keçirilən Şura iclasında cənab Reinfeldtə müraciət qəbul olunub. Bununla yanaşı MSŞA Koalisiyasınınü üzvləri ilə bu gün keçirilən görüşdə vətəndaş cəmiyyəti nümayəndələri hazırki situasiyada həlli vacib olan problemləri qaldırmaq və onların həllinə beynəlxalq dəstək əldə etmək niyyətindədir.

Xudaferin.eu

11:45