Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu BMT-də müşahidəçi statusu alıb

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu (SARES) Birləşmiş Millətlər Təşkilatında müşahidəçi statusu alıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən Özbəkistan mətbuatına istinadla xəbər verir ki, instituta BMT-də müşahidəçi statusu verilməsi təklifini Çin hökuməti irəli sürüb və SARES-in üzvü olan dövlətlər-Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Monqolustan, Tacikistan, Türkmənistan və Əfqanıstan tərəfindən dəstəklənib.

Qurumun rəhbəri Sayed Sakil Şax deyib: “Bu, regional əməkdaşlığın, sabit inkişafın genişləndirilməsində böyük əməyi olan SARES-ə BMT tərəfindən verilən böyük dəyərdir”.

Xudaferin.eu

11:45