Mərakeşdə turistlərin başlarını kəsdilər

Mərakeşdə Altas dağlarında çadır quran 24 yaşlı Luiza Vesteraqer Yespersen və 28 yaşlı norveçli Maren Uelandın başı kəsilmiş cəsədləri aşkar edilib. 

Xudaferin.eu xəbər verir ki, hadisədən iki gün sonra sosial şəbəkələrdə qətl anının görüntüləri yayımlanıb.

Videoda mətbəx bıçağı ilə qadınları öldürən kişi deyir:

“Bu, sizə Suriya üçündür – bu da sizin tanrılarınızın başıdır”, - “Əl-Cəzirə” telekanalının saytı yazıb. 

Danimarka xüsusi xidmət orqanları qətllərdə məsuliyyəti İŞİD terror qruplaşmasının daşıdığını açıqlayıb.

Mərakeş polisi də hadisəni terror aktı adlandırıb. 

Xudaferin.eu

14:28