Mərakeşdə burka istehsalı və satışına yasaq

Mərakeş Daxili İşlər Nazirliyinin bəzi şəhərlərə göndərdiyi rəsmi yazıda burka istehsalı və satışının qadağan olunduğu bildirilir. Tanca, Tatavin, Mertil, Sela, Tarevdanat və Meknes şəhərlərində yerləşən atelye və mağazalara göndərilən rəsmi yazıda burka istehsalı və satışının dayandırılması tələb edilir. Qadağanın 48 saat ərzində tətbiq olunacağı bildirilən yazıda buna əməl etməyənlərin istehsal etdikləri malların müsadirə olunacağı qeyd edilir.

Qeyd edək ki, islamçı görüşlər adı altında Mərakeşdə son illərdə dini radikalizmə dayanıqlı bir sıra təriqətlər və məzhəblər ilkin ortaçağ düşüncə sisteminin ictimai xarakter daşıması nədəni olaraq, kasıb və savadsız əhali arasında öz mövqelərini daha da gücləndirmək üçün şəbəkələr yaradılmışdır. Bütün bunlar hakimiyyətin əndişəsinə səbəb olub. Ona görə də, dini radikalizmin qarşısını almaq üçün bir sıra sərt tədbirlərə əl atmağa başlanılıb.

Xudaferin.eu 

16:42