Mərakeş FETÖ məktəblərini bağlayır

Bağlanma əməliyyatlarının tamamlanması üçün təhsil təşkilatlarına bir ay möhlət verildi.  Mərakeş Daxili İşlər Nazirliyindən verilən açıqlamada bildirilib ki, terror təşkilatı FETÖ-nün nəzarətindəki Fateh Sultan Məhmət məktəblərinin bütün təhsil və tədris müəssisələrinin fəaliyyətinin dayandırılmasını nəzərdə tutan qərar qəbul edilib.

Mərakeş Milli və Peşə Təhsil Nazirliyi tərəfindən aparılan istintaq nəticəsində, bu məktəblərdə Mərakeş təhsil proqramıyla uyğunlaşmayan təhsil metodunun izlənildiyi qərarına gəlinib. Bağlanma əməliyyatlarının tamamlanması üçün təhsil təşkilatlarına bir ay möhlət verildiyi ifadə edilən açıqlamada, şagirdlərin və ailələrinin qərardan mənfi təsirlənməmələri üçün lazımlı tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Qeyd edək ki, 1993-cü ildə Mərakeşin Tanca şəhərində istifadəyə verilən Fateh Sultan Məhmət məktəblərinin, Kasablanka, Fes, Tatvan və Əl-Cədidə şəhərlərində də 8 şöbəsi var.

Xudaferin.eu

12:02