Mosulun batısında mindən çox ev dağılıb

 

BMT İraq təhlükəsizlik qüvvələrinin Mosulun batısındakı hərbi əməliyyatlarında mindən çox evin dağıldığını bildirib.

BMT baş katibi sözçülüyünün yaydığı məlumatda İraq təhlükəsizlik qüvvələrinin Mosulun qərbinin terror təşkilatı DEAŞ-dan xilas etmə əməliyyatlarındakı təxribatın şəhərin şərqindəki əməliyyatlar nəticəsində meydana gələn təxribatdan çox daha böyük olduğu bildirildi. BMT-nin İraqdakı Humanitar İşlər üzrə koordinatoru Lise Grande Mosulun qərbindəki əməliyyatlarda mindən çox evin dağıldığını ifadə edib. Mosulun qərbində 300 minə yaxın insanın ev-eşiyindən edildiyini bildirən Grande daha minlərlə insanın şəhərdən qaçmaq məcburiyyətində qala biləcəyi xəbərdarlığını etmişdir. Evlərin, məktəblərin, səhiyyə mərkəzlərinin, elektrik və su şəbəkələrinin məhv edildiyinə diqqət çəkən Grande tərəflərə beynəlxalq humanitar hüquq çərçivəsində vətəndaşların zəruri olan ehtiyacların ödənilməsindəki öhdəliklərini xatırladıb.
Qeyd edək ki, Mosul İraq Türkmanlarının ən qədim şəhərlərindən biridir. 2003-cü ildən bu yana, “Koalisiya Qüvvələri” adı altında NATO, radikal islamçılar adı altında İŞID və DAEŞ, bölücü terror örgütü kimi tanınan PYD, PKK və digər kürd silahlı birliklərinin bölgədə apardıqları nüfuz uğrunda mübarizələrin sonucu olaraq, ən çox zərər çəkən tərəf elə İraq Türkmanlarıdırlar. Mosulda aparılan hərbi əməliyyatlar sonucunda İraq Türkmanlarına məxsus evlər dağdılıbdır. İndiyə kimi, heç bir hərbi və silahlı birlik bu ağır cinayətlərə görə, bunun qarşılığını edəyəcəyini boynuna götürməyib. Türkiyədəki iqtidar AKP hökuməti isə yüzilin dəhşət saçan bu aöır faciəsini seyr etməklə yetinib. Onları tək ilgiləndirən ərəblərə məxsus bölgələrdəki durumdur. Bunu Fələstin, Suriya və digər ərəb bölgələrindəki yaşanılan olaylara və durumlara sərt şəkildə verdikləri reaksiya da bunu sübut edir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”   

 

06:24