Mosulda qızğın döyüşlər gedir

 

İraq qüvvələri Türkmanlara məxsus ən iri şəhərlərdən biri olan Mosulun köhnə şəhərində evbəev axtarışları davam etdirir. Ordu sözçüsününü bildirdiyinə görə, İŞİD-in de fakto paytaxtı uğrunda aparılan 7 aylıq mübarizə ABŞ-ın yardımı ilə intensizləşib.

Şəhərdə ağır döyüşlər gedir.

İŞID- slam Dövləti ilə İraq qüvvələri arasında döyüşlər yüz minlərlə dinc əhalinin ölümünə yol açıb. Şəhərdə qalan insanlar əziyyət çəkir. Xəstəxanalar aclıq çəkən uşaqlarla doludur.

Köhnə şəhərdə 400 mindən çox sakin qalır. 300 mindən çox şəhər əhalisi ötən ilin oktyabr ayından bəri şəhəri tərk edib. İraq qüvvələri Mosulun köhnə şəhərində İslam Dövlətinə qarşı yeni hücumlara keçib. Ordu rəsmilərinin bildirdirinə görə, yaraqlıların son istehkamı uğrunda mübarizə aparılır. İraqın ikinci böyük şəhəri Mosul 2014-cü ildə İŞID adı altında sünni yaraqlıların əlinə keçib. Lakin hökumət qüvvələri son 6 ay ərzaində Mosulun əksər hissəsinin nəzarətini geri alıb.

Köhnə şəhərin dar küçələri ağır artelleriya, tanklar və zirehli maşınlardan istifadə edilməsinə imkan vermir. İraqın federal polisi şəhərin 200 metrliyinə qədər irəliləyib. Ordunun bəyanatında deyilir ki, qüvvələr artıq Əl-Nuri məscidinə yaxınlaşır. Bu məscid İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin özünü İslam Dövləti adına xilafətin rəhbəri elan etdiyi yer olduğu üçün simvolik mahiyyət daşıyır. Federal polis qüvvələrinin rəisi köhnə şəhərə səhər tezdən bəri irəlilədiklərini və evbəev axtarış aparıldığını bildirib.

Amerikaninsesi.org

09:21