Mosulda İŞİD-in "əsas snayperi" öldürülüb

İraqın Mosul şəhərində İŞİD terror qruplaşmasının "əsas snayperi" öldürülüb.

Xudaferin.eu-nun "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, öldürülən terrorçu İŞİD terror qruplaşması üçün snayperlərin hazırlanmasına rəhbərlik edib.

Daha əvvəl, İraqda İŞİD-in rəhbərlərindən biri olan Əbu Hacir ər-Rusinin öldürüldüyü bildirilmişdi. Hər 2 terrorçu hökumət qüvvələrinin hücum əməliyyatları zamanı məhv edilib.

Xudaferin.eu

14:49