Moskvada yaşayan gənclərimizdən qürurverici xəbər

Rusiya büromuzun verdiyi xəbərə görə, Moskva şəhərinin Şimal-Qərb İnzibati Dairəsinin 2097 saylı orta məktəbini fərqlənmə ilə bitirən 11-ci sinif məzunları arasında 4 azərbaycanlı da var! Bunlar Aytac Rəhim qızı - (qızıl medal) Elvin Hacıyev (bir çox beynəlxalq müsabiqələrin qalibi), Elmar Aqil oğlu və Səbinə Əli qızıdır. Hamısı əlaçıdırlar. HƏR BİRİNİZİ TƏBRİK EDİRİK!

Vahid Dövlət İmtahanını uğurla verib, ən nüfuzlu ali məktəblərə qəbul olmağınızı və təhsilinizi uğurla davam etdirməyinizi, Azərbaycanın nüfuzunu daha da irəlilərə daşımağ arzu edirik! Bu gənc qəhrəmanların valideynlərini də xüsusilə təbrik edir, onlara gözaydınlığı veririk; çünki onlar da övladları ilə birlikdə əziyyət çəkmişlər, böyük əmək sərf etmişlər. Əziz valideynlər, belə övladlar üçün Sizə təşəkkür edirik!

Xudaferin.eu adından biz də təbrikə qoşulur, gənclərimizə uğurlar arzulayırıq!

 

xudaferin.eu

10:12