MOSKVADA TANINMIŞ VƏKIL, ICTIMAI XADIM NIZAMI BƏŞIROVUN ANIM GECƏSI KEÇIRILIB

16 fevral 2021-ci il tarixində Moskvada, QİD Ocaqovo- Matveyevsk rayonu üzrə AYMMM- nin təşkilatçılığı ilə tanınmış vəkil, ictimai xadim Nizami Bəşirovun anım gecəsi keçirilmişdir.

Gecəni giriş sözü ilə Moskva ş QİD Ocaqovo Matveyevsk rayonu üzrə AYMMM-nin sədri Əli Kazımov açmışdır. O, tədbir iştirakçılarına Nizami Bəşirovun həyat yolundan məlumat vermişdir.

Daha sonra Risalət müsəlman məktəbinin direktoru Ənəs Həzrət və məktəbin şagirdi Əsədbəy Əbdüləhədov mərhumun ruhuna quran ayəsi oxumuşlar.

Gecədə tanınmış hüquqşünaslar, diaspora fəalları və Moskva ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Risalət məktəbinin 4 -cü sinifinin"Göy Qurşağı " qrupunun şagirdləri" Müharibəyə yox deyək "Bizə göyləri qaytarın" kompozisiyası adı altında gecədə çıxış etmişlər.

Gecədə Nizami Bəşirovun həmkar dostları Ələkbər Qarayev, Elman Paşayev Kamandar Qarayev, Ayden Qurbanov , Rostov ş. Xəzər Azərbaycan cəmiyyətinin sədri Leyla Əhmədova , Aleksandrov şəhəri AYMMM- nin sədri Azad Baxşəliyev, Əlişan Zakirov , Ənəs Həzrət Məmmədov , Ceyhun Əliyev , Hikmət Cavadov, Afət Kərimova, Abbas Alıyev ,Ilqar Məmmədov mərhumla baglı öz xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Patriot tvaz kanalının baş redaktoru
Ceyhun Əliyev
Xudaferin.eu




 

10:28