Moskvada polislərə silahlı hücum

İstintaq komitəsi Moskvanın mərkəzində polislərə edilən hücum anının əks olunduğu kadrları yayımlayıb. 

Xudaferin.eu xəbər verir ki, görüntülər “YouTube”da yerləşdirilib. 

Məlumatlara görə, insident Sivtsev Vrajek küçəsində, Rusiya Xarici İşlər Nazirliyinin binasının yaxınlığında baş verib. 31 yaşlı Kabarda-Balkar əsilli Renat Kunaşyev diplomatik nümayəndəliklərin mühafizəçilərinə atəş açıb. Hadisə zamanı polislərdən biri ayağından yaralanıb. 

Cinayətkar insident zamanı ağır yaralı halda ələ keçib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hücumun səbəbləri araşdırılır. 

Xudaferin.eu

14:23