Moskvada onminlərlə insan Boris Nemtsovun xatirəsini anıb

 

Rusiyanın paytaxtı Moskvada minlərlə insan müxalifət lideri Boris Nemtsovun xatirəsini anıb. İki il əvvəl Kreml yaxınlığında qətlə yetirilən Nemtsov Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisi kimi tanınırdı.

Yürüş zamanı "Rusiya azad ediləcək" kimi şüarlar yazılan plakatlar qaldırılıb.

Müxalifət onun ölümündə hökuməti günahlandırır. Kreml isə qətllə əlaqəsi olmadığını bildirir. Qətllə bağlı 5 nəfər çeçen həbs edilib.
Prezident Putin qətli provokasiya adlandıraraq, hadisə ilə əlaqəli hər bir şəxsin məsuliyyətə cəlb edilərək, cəzalandırılacağına vəd verib.
Qeyd edək ki, Boris Nemtsov Rusiya və MDB məkanı üzrə demokratik proseslərin inkişafı üçün ən böyük mübarizə medyanlarını keçmiş bir lider idi. Vətəndaş cəmiyyəti ideyası uğrunda hər zaman öndə gedən, eyni zamanda milyonlarla insan üçün böyük bir örnək olan şəxsiyyət idi. O, Rusiyanın bir dövlət olaraq ənənəvi imperiya siyasətindən əl çəkməsinin qatı tərəfdarı idi. Boris Nemtsov Dağlıq Qarabağ, Abxaziya, Güney Osetiya, Dnestryanı tipli etnik separatizm ocaqlarının Rusiyaya ancaq zərər verdiyini açıq şəkildə bəyan edən tək lider idi.

Xudaferin.eu
Rusiya Federasiyası, “Moskva Bürosu”. 

 

10:11