Moskvada "Nizami" adına mərkəz fəaliyyətə başlayıb

Moskvada fəal Azərbaycan gəncləri bir araya gələrək Elşən Bənnanın rəhbərliyi altında Nizami Gəncəvinin adını daşıyan mərkəz yaradıblar.

Xudaferin.eu bildirir ki, ünlü Azərbaycan şairinin adını daşıyan mərkəz Moskvada mədəniyyətimizin tanıdılmasında, eyni zamanda onun yeni nəslə ötürülməsində böyük rol oynayacaq. Mərkəz təkcə bir şəxsin əməyi ilə deyil, necə deyərlər, el birliyi ilə yaranıb.

"Nizami" kültür mərkəzində dərslər çoxşaxəlidir. Azərbaycan və Qafqaz rəqsləri, Vokal dərsləri (xalq və estrada janrı), teatral yaradıcılıq və aktyor sənəti, milli musiqi alətlərində ifa bunlardan bəziləridir. Dərslər Azərbaycan, Rus və İngilis dillərində aparılacaq.

Qeyd edə ki, Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin rəhbəri, "Xudafərin" jurnalının və saytının təsisçisi Elman Mustafazadə və keçmiş Xarici İşlər Nazirinin müavini Albert Əliyev "Nizami" mərkəzində olublar. Bu işdə zəhməti keçən azərbaycanlı gənclərimizi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıblar.

Xudaferin.eu

14:04