Moskvada Əfqanıstanla ilgili toplantı

 

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda Rusiya, Pakistan, Çin, İran, Hindistan və Əfqanıstandan olan səlahiyyətli şəxslərin Moskvada bir araya gəldiyi bildirilir.

Toplantıda Əfqanıstanda təhlükəsizliklə bağlı vəziyyətin ətraflı şəkildə müzakirə olunduğu bildirilən məlumatda iştirakçı ölkələrin Əfqanıstanın daxilindəki uzlaşmanı dəstəkləmək üçün səylərini artırmaq barədə qərar qəbul etdikləri vurğulanır.

Məlumatda bu müzakirə formatının genişləndirərək, toplandılara gələcəkdə Orta Asiya ölkələrinin də daxil edilməsi ilə əlaqədar razılıq əldə olunduğu ifadə edilir.

Xudaferin.eu
Rusiya Federasiyası, “Moskva Bürosu”

08:49