Moskvada erməniləri ifşa edən Oleq Kuznetsov istintaqa çağırıldı

 

Qafqazşünas alim Oleq Kuznetsovu Rusiya Federasiyasının İstintaq Komitəsi ilkin istintaqa çağırıb.

Bir neçə saat ərzində istintaqçıların suallarını cavablandıran Oleq Kuznetsov onu İstintaq Komitəsinin qarşısında gözləyənlərə deyib: “Bu gün mən istintaqın topladığı sənədlərlə tanış oldum. Bizə o sənədlərin şəklini çəkməyə də icazə verdilər. İş ondadır ki, “XX əsrdə ermənilərin transmilli terrorlarının tarixi” adlı kitabım bu il artıq Almaniyada 100 min tirajla alman və ingilis dillərində çap olunaraq, ilin bestelleri olub”.

Oleq Kuznetsovun vəkili Qismət Teymuroviç də sualları cavablandırıb: “Bir neçə erməni Rusiya Federasiya İstintaq İdarəsinə şikayət edərək, Oleq Kuznetsovu milli münaqişə yaratmaqda günahkar bildiklərini yazıblar. Maraqlı odur ki, Rusiya Federasiyasının Təhlükəsizlik Şurasında bu şikayətə 2016-cı ildə baxılıb və general Rəşid Nurqaliyev rəy verib ki, adı çəkilən kitabda heç bir münaqişə və ya ekstremizm cəhdlərinin olması haqqında söhbət getmir. Kitabdakı tarixi faktlar ekspertlər şurası tərəfindən də təsdiq olunub. Bununla kifayətlənməyən Moskvada yaşayan şirkət sahibi olan, lobbiçilik edən ermənilər yenidən şikayət ediblər, onların budəfəki şikayətlərinin əsası isə ondan ibarətdir ki, transmilli erməni şirkətləri öz nüfuzlarını itirir. Bunun da səbəbi Avropada kitabın 100 min tirajla çap olunmasıdır. İstintaq Komitəsi kitabdakı sənədləri yenə də yoxlamağa başlayıb... Qoy yoxlasınlar...”.

Məni isə kədərləndirən o oldu ki, Oleq Kuznetsovun istintaqa çağırıldığı binanın qarşısına soydaşlarımızdan yalnız məşhur azərbaycanlı Fuad Abbasov və onun bir-iki nəfər dostu gəlmişdi. Bizim lobbiçiliyimizi təbliğ edən, həqiqətlərimizi dünyaya yayan Oleq Kuznetsovun yanında bu gün Rusiya azərbaycanlıları, biznesmenlərimizi görmədik. Bizim azərbaycanlılardan fərqli olaraq, ermənilərin milyonçuları bizə qarşı yenə vuruşur. Siz harada yatmısınız? Nədən və kimdən qorxursunuz? Ancaq restoranlarda bahalı müğənnilər oynatmaqdan başqa əlinizdən nə gəlir? Niyə lobbiçilik etməyə çan cəkirsiniz? Oleq Kuznetsovun arxasında dayanmaq Milyarderlər İttifaqının da, məktəblinin də borcudur.

Muxalifet.az

17:20