Moskva mertosunu partladan erməni terrorçularla bağlı PETİSİYA

Bu barədə rusiyalı tarixçi alim, siyasi analitik, "XX əsrdə transmilli erməni terrorunun tarixi: tarixi-kriminoloji tədqiqat" adlı monoqrafiyanın (kitab XXXVI Beynəlxalq Paris Kitab Salonunun kataloquna daxil edilib. Bununla da Azərbaycan Ermənistanla informasiya müharibəsində sanballı bir qələbə qazanıb. ) müəllifi Oleq Kuznetsov change.org saytında “1977-ci il, yanvarın 8-də Moskva metrosunda partlayış işinin məxfilikdən çıxarılması” adlı petisiya başladıb. O.Kuznetsov bu petisiyası ilə PF Ali Məhkəməsinə və RF baş prokuroruna müraciət edib. Müraciətin mətnində deyilir:

“40 il bundan əvvəl, 1977-ci il yanvarın 8-də, tərkibində Stepan Zatiyan, Zaven Baqdasaryan və Akop Stepanyanın olduğu “Ermənistan milli birlilk partiyası” adlı ekstremist yaraqlı qruplaşması Moskva metrosunda terror aktı törədərək, “İzmaylovo” və “Pionerskaya” stansiyaları arasındakı yolda, qatarın vaqonunda əldəqayırma partlayıcı qurğunu işə salıblar. Nəticədə 7 nəfər həlak olub, 37 nəfər isə yaralanıb. Bu terror aktı analoji cinayətlərın uzun sırasında ilk cinayət oldu və onillər sonra Moskva metropoliteninə hücum edən beynəlxalq terrorçular üçün bir əməl nümunəsi oldu. Ermənistan Kommunist partiyasının Mərkəzi Komitəsinin 1-ci katibi Karen Dəmirçiyanın cinayətkarları şəxsən himayə etməsinə baxmayaraq, operativ-istintaq tədbirləri nəticəsində 1977-ci ilin noyabrında onların kimliyi aşkar və ifşa edilib. Törədilmiş cinayətlərin ağırlığı, onların cəmiyyət üçün nə qədər təhlükəli olduğunu və qabarıq siyasi xarakterini nəzərə alaraq, Zatikyan, Baqdasaryan və Stepanyana qarşı cinayət işinin baxılmasını bilavasitə SSRİ Ali Məhkəməsi öz sərəncamına götürüb. Məhkəmə dinləmələri 1979-cu il yanvarın 16-dən 20-ə qədər davam edib, yanvarın 24-də məhkəmə öz hökmünü verib. Məhkəmənin qərarı ilə ittiham edilənlərin hamısı günahkar bilinib və ən yüksək cəzaya – güllələnməyə layiq görülüblər. Yanvarın 30-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti əvf müraciətini rədd edib və elə həmin gün terrorçular güllələnib. Bu gün Rusiya Federasiyasında bu cür kateqaroriyadan olan cinayət işləri daimi olaraq saxlanılır və “tamamilə məxfi” möhürü altındadır. Bu terror aktı barədə açıq məlumatı ancaq SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin operativ-istintaq qrupunun rəisi, general-mayor, terror aktının ilkin istintaqını aparmış olan V.N.Udilovun memuarlarından almaq mümkündür. O da bəllidir ki, sözügedən terrorçular 1977-ci ilin oktyabrının sonlarında, Moskvadakı Kursk vağzalının gözləmə zalında daha bir terror aktının törətməyə hazırlaşırdılar və ümumilikdə, SSRİ-nin başqa şəhərlərində 37 (!) belə terror aktı törətməyə hazıqlıq görürmüşlər. Terrorçuluq cinayətkarlara qarşı qaldırlmış yeganə ittiham deyildi, lakin həmin cinayət işinin məxfilik rejimində olması erməni millətçiliyi barədə bütün həqiqətlərin ictimaiyyətə çatdırılmasına imkan vermir. Bu səbəbdən 1977-ci il yanvarın 8-də törədilmiş terror aktının qurbanlarının ad və soyadları da açıqlanmır, adları bəlli edilsə idi, Moskva ərazisindəki digər terror aktlarının qurbanları kimi onların da həlak olduqları yerdə xatirə lövhəsi yerləşdirmək mümkün olardı. Nəticədə beynəlxalq terrorçuluq tərəfindən təhlükənin siması qarşısında ümummilli birlik ideyası ucuzlaşır. Halbuki, sentyabr ayının 3-nü terror qurbanları ilə Həmrəylik günü kimi qeyd edirik. Zatikyan, Baqdasaryan və Stepanyan kimi erməni terrorçularının cinayət işinin materialları üzərindən “tamamilə məxfi” möhürünün görütülməsi onların əməlləri barədə tarixi həqiqətin bərpasına və qurbanlarına qarşı hüzn, xatirə və hörmət borcumuzu ödəməyə imkan verəcək. Bu addımın final nöqtəsi, həmin insanların həlak oluqları yerə yaxın məkanda, Moskva şəhərinin İzmaylovo parkında xatirə nişanəsinin qurulması olacaq. Terrorçuluğun qrubanları arasında ayrı-seçkilik qoyulmamalıdır”.

Hurriyyet.org

13:23