Moskva birjası kriptovalyuta ticarəti üçün infrastruktur yaradır

 

Moskva birjası kriptovalyuta ticarəti üçün infrastruktur yaratmağa başlayıb.

Hazırda ticarət üçün yeni platformanın hazırlanması prosesi gedir. Yeni platforma hazırda müasir dünyada dövriyyəsi artan kriptovalyutanın ticarəti üçün nəzərdə tutulub. Xatırladaq ki, bu yaxınlarda bitkoinin dəyəri 4 min dollar idi. Maliyyə Nazirliyi bəyan edib ki, yalnız təcrübəli mütəxəssislər və investorlar kriptovalyuta ilə ticarət edə biləcəklər. Yeni platformada bitkoinlə ticarətlə yanaşı, onların törəməsi və aksiyaları ilə əməliyyatlar da mümkün olacaq. Ekspertlərin proqnozlarına görə, bitkoin bu tezliklə dolların yerini tuta bilməyəcək, lakin tədricən sıxışdıracaq. Bitkoini də gələcəyin valyutası adlandırırlar.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

 

10:07