Mollakratiya rejimi Urmuda köçəri kürdlərin mövqelərini siyasətini genişləndirir

 

İran mollakratiya rejimi özünün “paniranist” və “panfarsist” siyasətini daha da dərin bir siyasətin içinə yönətmək üçün, Güney Azərbaycanın Urmu şəhərində köçəri kürdləri yerləşdirmək üçün Oğuz bayramı( Novruz) mərasimləri bitən kimi dərhal “Urmu şəhəri i Kürdüstan ərazisidir” təbliğatlatlarını gücləndirməyə başlayıb. Tehran mollakratiya rejimi bəlli hədəfləri ilə Urmuda tanınmış “22 Bəhmən” mədrəsəsində təşkil etdiyi “Novruzqah” adlanan sərgidə köçəri kürdləri irəçli verərək açıq şəkildə Türk və Azərbaycan kimliyi əleyhində təbliğatlar aparıb.

Urmudakı mollakratiya rejiminin “Turizim və Əl İşləri” bakanlığının (Gardeşgəri və sənaye dəsti ) təşkil etdiyi sərgidə bölgəyə fələn turistlərə Urmunu kürd toprağı və Urmu əhalısını kürd olduqlarını tanıdıb. Turistlər kürdcə yazılan bənerlər, kürd dilində isə milli Oğuz Bayramını kürdlərə aid olaraq kürdcə və farsca təbriklər, kürd geyimlərini tanıtmaq, Urmu əhalisinin əllə hazırladıqları sənət əsərlərini kürd sənəti tanıtmaqla və “kürd milləti” və ənənələri haqda bilgi yaymaq kimi geniş təbliğata şahid olublar.

Qeyd edək ki, illər öncə İran mollakratiya rejmi İraq və Suriyadan Güney Azərbaycanın Urmu (Türkiyə -Güney Azərbaycan sınırları boyu bölgələr) vilayətinin torpaqlarına dərin siyasi hədəflərə hesablanmış və məqsədli şəkildə köçürdüyü kürd mühacirlər bu gün bu  rejimin dəstəyi ilə bölgənin bir kürd bölgəsinə çevirmək yolunda çox ciddi işlər görürlür. Mühacir kürdlər mollakratiya rejiminin hərbi ,maddi və siyasi yardımları ilə Urmuda və ərtaf bölgələrimizdə kürd terror qruplarını dəstəkləyərək onların bölgədə terrorçu  şəbəkələrini yaratması, qarqaşa və vəhşət yaratmasından əlavə onlara siyasi alanda da meydan açır .

İran mollakratiya rejimi köçərı kürdlərə siyasi hüquqlar verərək onların həm də Güney Azərbaycandan həm Tehrandakı parlamentə, həm də Urmu vilayətinin yerli parlamentə seçkilər sonucu olaraq təmsil olunmalarına imkanlar yaradır. Köçəri kürd namizədlərini Güney Azərbaycandan mollakratiya rejiminin parlamentində daha yüksək səviyyədə təmsil olunmaları üçün hər cür saxtakarılığa əl atır. Beləliklə də dolayı yolla bölgəni kürd bölgəsi kimi göstərməklə gələcəkdə qondarma “Kürdüstan” üçün zəmin yaratmağı hədəf seçib.

Bölgədən əldə etdiyimiz bilgiyə görə,yaxında “İslami Şura (Şurai islami seçkiləri -sözdə bölgə muxtarları) seçiklərinə hazırlıqla ilgili indidən mühacir kürdlər rejimin bir başa maddi dəstəyi ilə Güney Azərbaycanın Urmu, Bicar ,Sarıdaş, Xana, Soyuqbulaq ,Sayın Qala ,Sulduz, Makı, Salmas,Bəykəndi (Bukan ) kimi iri şəhərlərində aktivlik göstərməyə  başlayıblar.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

05:58