Mollakratiya məhkəmələri Güney Azərbaycan Milli Hərəkatına hücuma keçib

 

Faktiki olaraq, hər gün milli fəallara qarşı durmadan məhkəmələr yolu ilə təziyqlərini artırıblar

Güney Azərbaycanlı Milli Hərəkatının fəallarına qarşı fars-molla rejimi tərəfindən qondarma ittihamlarıla təziqlər davam etməkdədir. Milli Hərəkatın fəallarından biri olan  Rəhim Zarei ona qarşı irəli sürülən yalan ittihamlardan özünü müdafiə etmək üçün Kəleybər şəhərində mollakratiya rejiminin “İnqilab Məhkəməsi”nə çıxacaq. O, 2017 ci il iyun ayının 30-da Güney Azərbaycanda yerləşən Babək Bəzz Qalasına yürüşlə ilgili olaraq, digər 11 fəalla birlikdə tutulub. Bir neçə gün öncə Əhər şəhərinndə yerləşən “İslam İnqilabı Məhkəməsi”ndə 5 nəfər milli fəalın məhkəmə iclası keçirilib. Arəş Cəfəri, Calal Derovgər, Süleyman Kazimi, Məcid Nağızadə, və Abbas Nəzərinin keçirildiyi məhkəmə iclasına hakim Baqirpur sədrlik edib.
Qeyd edək ki, Güney Azərbaycanın bütün bölgələrində vüsət götürən Güney Azərbaycan Milli Hərəkatının qarşısını almaq üçün, mollakratiya rejimi hər gün yeni fəsadlar düşünüb və onun icrasını rəsmiləşdirməyə çalışır. Qondarma və uydurma ittihamlarla milli fəalları qorxu içində saxlamaq üçün, minbir hiylə və məkrini işə salır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:48