Mollakrat rejiminin apelyasiya məhkəməsi milli fəalların həbs hökmünü qüvvədə saxladı

 

Güney Azərbaycanın başkəndi Tərbizdə mollakratiya rejiminin apelyasiya məhkəməsi ötən İslam İnqilabı Məhkəməsinin Güney Azərbaycan Milli Hərəkatının fəalları Milad Əkbəri və Əli Həmzəzadəyə qarşı çıxardığı həbs qərarını qüvvədə saxlayıb.

Ötən il Tərbizdəki İran mollakratiya rejiminin İslam İnqilab Məhkəməsində “rejimə qarşı təbliğat” və “əhalini qanunsuz toplaşmağa təşviq etmək” ittihamı ilə mühakimə edilən iki milli fəal 4 ay həbs cəzasına məhkum edilmişdilər.

Milad Əkbəri və Əli Həmzəzadə 2016-cı ilin iyun ayında Ettelaat (İslam İnqilabıın Qoruyucuları) tərəfindən nəzarət altına alınıb təqribən 20 gün həbsdən sonra mülki zəmanət qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar. Milli fəalların nəzarət müddətində aclıq aksiyası keçirdiklərinə dair məlumat yayılmışdı.

Qeyd edək ki, hər iki milli fəal Güney Azərbaycanın Əhər şəhərində Doğu Türküstanda Çin diktatura rejiminin Uyğur Türklərinə qarşı apardığı aparteid seiyasət qarşı çıxaraq, onlara dəstək mitinqlərinə qatıldıqları üçün həbs və mühakiməyə məruz qalıblar.

İran mollakratiya rejimi hər il ramazan ayının son cüməsində İsrailə qarşı fələstin ərəblərinə dəstək siyasətini ortaya atmaqla ənənəvi Qüds günü yürüşləri keçirir. Bu məqamdan yararlanaraq, Güney Azərbaycvan Milli Hərəkatının fəalları həmin yürüşlərin keçirildiyi zaman əllərində plakatlar və “Doğu Türküstan” bayraqları ilə Uyğurlara dəstək, Çin hakimiyyətinin siyasətlərinə isə etirazlarını nümayiş etdiriblər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

10:16