Mollakrat-fars rejimindən Azərbaycan Milli Bayrağına hörmətsizlik

 

28 May ərəfəsində Güney Azərbaycanın Urmu şəhərində yerləşən Güllər bağı parkında, Azərbaycan Türklərinin Milli Bayrağı təhqir olunaraq tərs asılıb. Mollakrat-fars rejimi 100 ölkənin bayrağını simvolik olaraq Urmu şəhərindəki “Uluslararası Güllər Bağı”nda dalğandırılması üçün qanunla heç bir yasaq qoymaqyıb. Ancaq, təkcə Azərbaycan Milli Bayrağına təhqir edərək onu tərsinə asıb və Türkiyənin Dövlət Bayrağını isə bayraqlar arasından qaldırıb.

Son illərdə mollakrat-fars rejiminin bu çirkin işi dəfələrlə təkrarlanıb və hər dəfə də belə təhqirlər Güney Azərbaycan Milli Hərəkatının fəallarının etirazina səbəb olur. Bu dəfə də hər zaman olduğu kimi, Urmulu Milli Fəallar Urmu bələdiyəsinə telefon açaraq və email vasitəsilə ilə müraciət edərək rejimin belə bir addım atmasına görə etirazlarını bildiriblər. Ancaq rejimin yetkili məmurları bu etirazlara cavabında milli fəalları təhdid edərək onları ortalığı qarışdırmaqla ittiham ediblər.

Güney Azərbaycan Milli Hərəkatının fəallari düşünülər ki mollakrat-fars rejimi bilərəkdən Azərbaycan Türklərini təhqir etmək və bu millətin ən əlamətdar milli günü olan 28 May İstiqlal Günü ərəfəsində Milli Bayrağımız lağa qoymaq üçün bu təhqiredici addımları atır. İki gündür Urmu əhalisinin davamlı şəkildə etirazlarına baxmayaraq mollakrat-fars rejimi bu səhvinə düzəliş etmək üçün heç bir addımlar atmayıb.

Xatıladaq mollakrat-fars iran rejimi hər il Azərbaycan Türklərinin milli kimliyini təhqir etmək üçün Azərbaycan Milli Bayrağını işğalçı erməni bayrağı ilə yan-yana asır və üstəlik Azərbaycan bayrağının rəng kodlarnı və simgələrini qəsdən dəyişik salır.Bu dəfə isə mollakrat-fars rejimi 100 ölkənin bütün bayaraqlarını düzgün asıb. Təkcə  bilərəkdən Türkiyənin Dövlət Bayrağını aradan götürüb və Azərbaycanın Milli Bayrağını tərs asıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:28