“Molla rejimi Ana Yasanı pozur”- GAMOH həbsləri pislədi

 

Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) İranda Güney Azərbaycandan olan milli fəallara qarşı başlamış həbslər barədə bəyanat yayıb.

GAMOH İranın molla rejimi tərəfindən güneyli fəallara edilən təzyiqlər və siyasi motivli həbslər pislənilib. “Son günlərdə şovinist İran rejiminin məhkəmələri tərəfindən milli fəallarımıza qarşı ədalətsiz hökmlər verilir. Bu ittihamlar, həbslər İran rejiminin siyasi sifarişləri əsasında aparılır. Baş verənlər İran Konstitusiyasının kobud şəkildə pozulmasıdır. Bütün həbslərin və qanunsuz hökmlərin arxasında hüquq mühafizə orqanları və ETTELAAT var. GAMOH İran rejimin milli fəallar üzərindəki təzyiqlərini və ədalətsiz hökmlərini pisləyir. İran rejiminin bu hərəkətlərini Ana Dili Günündə beynəlxalq insan haqlarının kobud formada pozması cəhdləri hesab edirik”, - deyə bəyanatda bildirilir.

Mənsur

Cebhe.info

 

11:24