Mənşəyi bilinməyən heyvan leşləri aşkarlandı

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Saatlı rayon sakini Zakir Fətəliyevin idarə etdiyi həmin nəqliyyat vasitəsinin yük yerinə baxış zamanı oradan heyvan leşləri aşkar edilərək götürülüb. Araşdırmlar zamanı sürücü onların 2 ədəd dağ keçisi, 2 ədəd porsuq və 4 ədəd dovşana aid olduğunu və onları aldığını bildirib.

Götürülmüş cəsədlər müayinə olunmaq üçün ekspertizaya təqdim olunub. Rəydən sonra məsələyə hüquqi qiymət veriləcək. Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xudaferin.eu

17:10