MN: Düşmən yaşayış məntəqələrimizi atəşə tutur, ölən və yaralananlar var

Səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam rayonlarının kəndlərini artilleriya atəşinə tutur.

Bu barədə Xudaferin.eu Musavat.com-a istinadən Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, düşmənin açdığı atəşlər nəticəsində ölən və yaralananlar var. Ordumuz adekvat tədbirlər görür.

Xudaferin.eu
 

09:58