Məmmədxan Əzizxanlı: "Ümmətçilikdə (İslamda) əridilən... millətçilik"

“Unutmayın ki, ən böyük savaş, cəhalətə və geriliyə qarşı yapılan savaşdır” (Mustafa Kemal Atatürk)

İnancında  özünü  nə qədər haqlı sanmasından asılı olmayaraq, hər kəs özünə, xalqına və bütövlükdə bəşəriyyətə sayğı ilə yanaşmalı və bu hədəflərin inkişafına çalışmalıdır. Əks halda insanlığın çağına, səviyyəsinə uyuşmadığından qonşularla zidiyyət yaranar, nəticədə ətraflna və özünə ziyan vurar. Tarixən bütün qan-qadaların topluma izah olunan, əslində isə mənasızcaına və görünən tərəfində bu, özəyində isə nəticə etibarilə vazkeçilməz maddi (hakimiyyət) maraqları durur. Bu özəl maddi maraqlar, onun iştahında olanlar – dindarlar, hakimiyyət hərisləri tərəfindən  cahil insanlara qarşı bir qorxutma, zor, maşa kimi istifadə olunan, kütləni, savadsız xalqı cəlb etmək üçün  bütün mümkün vasitələrlə süslənmiş, bəzədilmiş və psixoloji təsirli (işəgedən əmtəə) formasına, yəni dinlərin, təriqətlərin və hər cür inancların bugünkü  halına gətirilmişdir. Ölkəmizin güneyində yayılmış məşhur bir lətifədə deyildiyi kimi: “Diriləri sənin, ölüləri mənim” pay bölgüsü kimi görünsə də, əslində hər ikisinin işi dirilərlədir. Ölü adıyla da, dirilərin haqlarl ilə alver edilir. Yoxsa ölülər kimin nəyinə yarıya bilər? Bu gün, dünyamızda oluşan hər cür qovğalar, savaşlar, pisliklər bu cür əks mövqedə duran, həmən din şəklində olan “inanclı əmtəə formalarının” və hakimiyyətlərin, əslində maddi maraqların boğuşmasından başqa bir şey deyildir. Məntiqlə, bütün bunlar düşüncəsizlik, ədalətsizliklə nəticələnən, təbiətcə vəhşi təbii seçmədir. Bu yazıda məqsəd, maşa kimi istifadə olunan mağmınların bir insan kimi yaşaya biləcəkləri ömrü məlum dələduzlardan qorumaqdır. Əgər bu mağmınlar deyiləni qavrayıb ona əməl etsələr onların təbii ömrünü qorumaq mümkündür. Əks halda, yox. Onlar (kütlə, savadsız xalq) öz düşüncəsizlikləri ucbatından bu günkü boğuşma həyat tərzini “yaşamağa” məhkumdurlar. Rəqib olar deyə cahilin, kütlənin əsassız havasına oynamaq, ağıllını da onun səviyyəsizliyinə endirər. Haqsızın - rəqibliyi faydanadır, ağıllının rəqabəti isə tədbirli olsan - sıçrayışla inkişafına səbəb ola bilər. Adamın, millətin, xalqın, dövlətin daimi hədəfi – öz çağının elmi, mədəni, hərbi, bir sözlə yaşam üstünü olmaqdır. Yaşam üstünü olmayan isə geriləməyə, sonucda yox olmağa məhkundur. Yeniliyin üzünü köçürmək gərəkli olsa da, mahiyyətcə əsaslı islahat sayıla bilməz. Əsaslı dəyişikliyin oluşması üçün ilk öncə onu əngəlləyən fikir, düşüncə zənciri, yəni, hər cür elmi əsassız inanc və dinlərin – özünün, budda, sinaqoq, kilsə və məscid qınınna, yəni öz yuvasına çəkilməsi gərəkdir. Hər cür inanclar, dinlər, cəmiyyətin dünyəvi idarəçiliyindən bütünlüklə ayrılıb yığışdırılmadıqca – bütün toplumlar geriliyə məhkumdur. Toplumun idarəçiliyi faydalı yönətilməsindən ötrü ona elmi üsullarla yanaşılmasını tələb edər ki, bunun əks halı da onun iflasına səbəb olar. Hər cür inanc – özəldir. “Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə, dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz” (Azərbaycan Respublikasının Ana Yasası 48-ci madəsinin, beşinci hissəsi).  Tarixən din istehsalı və onun ixracını yönəldən, bizə məlum əsasən ərəblər və farslardır. Hər iki xalq, dünyəvi inkişaf zamanına görə çox geridə olduğu dövrdə din pərdəsi altında özlərinə sərf edən təriqətlər yaratmışlar. Görünür bu da onların tapınaq ehtiyacından irəli gəlib. Tapınaq ehtiyacı – gücsüzlükdən, iqtidarsızlıqdan, çarəsizlikdən və bunlardan qurtulmaq iddialılıgından yaranan zərurətlərdən biri olub, elmi əsası olmayan, bütün qurama inancların sifarişçisi, təməlidir. Həyat eşqindən irəli gələn digər zəruri ehtiyac isə, elmi, texniki axtarışlar, kəşflər etməklə gərəkən təlabatı  ödəməkdir. Bu qəbil insanlara son nümunə - dünyamızın inkişaf etmiş öncül xalqlarıdır. Tapınaq ehtiyacı ilə din, təriqət yaradan xalqlar zamanında din mənsubiyyətlərinə görə müəyyən birlik yaratmaqla gücə çevrilə, uğurlar əldə edə bilsələr də, buna əsrlərcə çox böyük enerji  sərf etmələrinə baxmayaraq, fəaliyyətləri ümumilikdə elmi əsaslardan uzaq olduğundan uğurları daimi, yəni ardıcıl, artan dinamizmlə oluşmadığından bu günədək gerilikdən yaxa qurtara bilməmişlər. Bunun səbəbi, onların yaşam tərzinin mahiyyətində, real həyata münasibətindədir. Biri elmi sübutlara, digərləri isə (yaşayışlarını bütünlüklə dini qaydada quran geriçilər) əfsanəyə, boş sözə söykənir. Əgər, dinə, təriqətə sərf olunan enerji dünyəvi təhsilə, elmə sərf olunsaydı, geriçilərin yaşam mənzərəsi yəqin ki,  yaxşıya doğru çox fərqli olardı.
Yəhudilər, din yaradıcılığı ilə məşğul olduqları ilk vaxtlar din ixracı ilə məşğul olsalar da (məsələn, xəzərlərə VII-X əsrlər), sonralar görünür ərəblərdən fərqli olaraq, böyük gücə çevrilə, dövlət qura  bilmədiklərindən, yalnız, dünyaya səpələnmiş soydaşlarının varlığını qorumaq, onların birliyini təmin etməklə kifayətlənə biliblər. Görünür, bu zərurət də yəhudiləri mövhumatçı olmaqdan daha çox, özlərinin dünyəvi dəyərlərinə bağlı real millətçi olmağa, yəni, dinçilikdə ikili xarakterə  sövq etmişdir. Beləliklə, yəhudilər öz dinlərini (iudaizmi) mənəvi, inanc ehtiyaclarını ödəməklə yanaşı, özlərinin dünyəvi iş birliyi mərkəzinə çevirə bildiklərindəndir ki, əsrlərin dağınıqlığından sonra, nəhayət 1948-ci ildə öz milli, dünyəvi, demokratik, hüquqi İsrail dövlətini qura bildilər. Bu gedişatda elmə daha çox  üstünlük verilmişdir, yoxsa, yəhudilər indiki üstüniüyü qazana bilməzdilər. Məhz bu xarakterlərinə, xidmətlərinə görə yəhudilərin dini iudaizmi təsisat olaraq,  dinin millətə (dövlətə) yaxşı xidmət nümunəsi sayıla bilər. Bu baxımdan yəhudi dindarları iudaizmdən cahil, elmi əsassız dini hədəflərə “çatmaqdan” daha çox, öz milli hədəflərinə çatmaq üçün bir yol, vasitə kimi istifadə etdikləri üçün uğur  qazanırlar. Onların uğurları göz önündədir. Mən inanırıq ki, yəhudi din xadimi öz aydınına, aliminə özündən az dəyər verməz, onu din düşməni elan etməz, öldürməz, çünki bilir ki, bununla öz soyunun varlığının əsasını kəsmiş olur. Erməni Qriqorian kilisəsi dindarları katalikoslar da öz milli maraqları üçün uzun illər eyni işi gördüklərindən, din adı altında  həm də  dünyəvi işlərlə məşğul olub, siyasi təşkilatlana bildiklərindən uğur qazanaraq – 1918-ci ildə  türk yurdu İrəvanda özlərinə Ermənistan adlı vətən yaradıb, ərazilərini daha da genişləndirməkdədirlər. Erməni dindarları dindarlıqla yanaşı, həm də öz milli, dünyəvi dəyərlərinin  qoruyucusu, daşıyıcısı, vətənpərvərlik hissinin aşılayıcısı kimi milli düşüncə mərkəzi rolunu oynayıb, əsgərlərini döyüşə uğurlamaqla Şuşaya hücumda iştirak ediblər. Söhbətin bu yerində təbii bir sual yaranır ki, bəs bizim ştatlı dindarlar – mollalar, axundlar və sairləri nə ediblər? Onlar islamdan millətimizin, xalqımızın, dövlətimizin xeyrinə, birliyinə istifadə ediblərmi? Çox üzüntü ilə buna yox cavabı verməliyik. Çünki, bizim mollalar, yalnız, ölü götürmək camaatı, hər il, 1333 il qabaq, (hicri 61-ci,miladi 683-cü il) Ərəbistanda, Kərbəlada, Əməvilər hakimi Yezidlə, Məhəmməd peyğəmbərin nəvəsi, 57 yaşlı İmam Hüseyn arasında olan döyüşdə, hakimiyyət (oxu, daha çox maddi maraqlar, nüfuz əldə etmək) uğrunda öldürülən ərəblər üçün ağlatmaqla, daha çox sərvət əldə etmək və havayı ehsan üyütməklə məşğuldurlar. Din xadimlərimiz xalqı, heç olmasa, Quranın “Ey möminlər, öldürülənlərin qisasını almaq taleyimizə yazılmış yazıdır.”(Baqara,178.), “Harada yaxalasanız, öldürün onları, sizi çıxardıqları yerdən siz də çıxarın onları” (Baqara,191.) tələblərinə uyğun baş verən müharibələrdə, böhranlı vaxtlarda, xalqımız ermənilər tərəfindən  soyqırım ediləndə, Qərbi Azərbaycandan (indiki Ermənistandan) kütləvi qovulanda (deportasiya aktı) təcavüzkara qarşı cihad elan etməli, xalqın müqavimətinin təşkilatçısı, mənəvi dəstəkçisi olmalıydılar ki, biz bunu da görməmişik. Burada təbii sual yaranır ki, bizim dindarlar millətin, xalqın həyati vacib işlərinə yaramırsa.onda oxuduqları moizə  özlərindən başqa kimə və nəyə lazımdır? İslamın, müqəddəslik adıyla, millətimizə yad, bizimçün geriçi ərəb dili, ənənəsi, mədəniyyəti (indi–mədəniyyətsizliyi) və müqəddəsləşdirilmiş  ərəb şəxslərinin inhisarı altında saxlanılması, zorla qəbul etdirildiyi digər xalqların özəlliklərinin qorunması, yaşadılması və inkişafına ciddi əngəl olduğundan, onların milli, dünyəvi, demokratik dövlətçiliyi oluşa (yarana) bilmir. Nəticədə, soyun yaşaması üçün qorunub inkişaf etdirilməli olan çox qiymətli millilik əlamətləri sıradan çıxır, digər xalqların elmi, dünyəvi dəyərlərlə daim yenilənən inkişaf səviyyəsindən kəskin geridə qalmaqla 1395  il qabaqkı ərəb cəhaləti bataqlığına gömülür. Necə ki, bu gün, böyük Atatürkün qurduğu qardaş, çağdaş və yenilikçi Türkiyə Cühuriyyəti qalstuklu mollaların ifraz etdikləri cəhalətə gömülməkdədir. Başqa sözlə, həyatımızin uğuru sayılan milli dəyərlərimiz, tarixən olduğu kimi, bu gün də islam ümmətçiliyində əridilməklə ərəb geriliyinə assmilyasiya olunmaqdadır.
Ümmətçilik yalnız, ərəblərə, ərəb olmayan milli simasız din funksionerlərinə və onlardan alət kimi istifadə edən hakimiyyətə sərf edir. Bu assmiliyasiya gedişatı o qədər dağıdıcı,  alçaldıcıdır ki, ərəb olmayan digər millətlərin, məsələn, türkün bəzi manqurtları özünü  ərəbin iti adlandırır, təməli tarixən bütxana olan Kəbə evinə sürünərək gedir, günahkar saydıqlarını məhkəməsiz daşqalaq, qətl etməyi özünə yaraşdırır, fəxr bilir. Şəxsiyyətin fanatikcəsinə az qala heçə endirilməsinə nə ad vermək olar? İndi mən soruşuram, milli ləyaqətimiz sıradan çıxarılırsa, gerizəkalıların bu əbləhanə, bəşəri cinayətləırinə hansı ağılla və niyə dözməliyik? Nəhayət, axı ay adam 1333 il qabaq, biri-birini qıran iki ərəbdən, türkə, ya başqa xalqa nə dəxli var? Bədbəxt türk, sənin nə borcuna ki, ərəblər necə yaşayıblar.
İslam alimi adlandırılan İbn Sina “Risalət-Ül-Adhaviye” bitiyində deyir: “Ölümdən sonrakı həyata inanmıram. Cənnət, cəhənnəm peyğəmbər uydurmalarıdır.” (“Elm, din, məntiq” saytı, 07.12.2015). Məmmədəmin Rəsulzadə yazır: “Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət kimi çıxarmaq istiyoruq: bizə Ərəbistanı göstəryorlardı.”(“Azərbaycan Cümhuriyyəti”,Bakı, Elm,1990,səh.3.) Düşüncəcə materialist olan K.Marks haqlı olaraq yazır: “Din, xalq üçün tiryəkdir.”  Mənsə, deyərdim dini mövhumat xalq üçün tiryəkdən də dəhşətli uyuşdurucudur. Çünki, tiryəkin uydurma  təsiri bir neçə saatdırsa, dini mövhumatın uydurucu təsiri ömürlükdür, nəticəsi, müsəlman Şərqinin gözümüz önündəki cəhaləti, xarabalıqlarıdır. Bu bəladan, yalnız elm oxumaqla qurtulmaq olar. Lakin, beyni uyudulmuş yarımanqurt cahillərsə tənbəllikdən elm oxumaz, yalnız, öz həyatlarına əsla fayda verməyən, boş söhbətlərlə  hərzəlik edərlər. Nəzərə alsaq ki, dünyanın öncül ölkələri bə xalqları, məhz özlərinin özəl milli dəyərlərini qoruyub, elmi, dünyəvi, demokratik inkişaf yoluyla cəmiyyətlərini çağımızın ən möhtəşəm ucalığına çatdırmışlar. Geriçi müsəlman dinli xaıqların hələ də çabaladıqları tarixin üfunətli, faciəli, məhvedici  dibinin İŞİD dərinliyi açıq görünər. Bəşər tarixi sübut edir ki, bilik oxumayan, savadsız, dinə, mövhumata, yalana, əfsanəyə, boş sözə tapınmaqla - cahilə, əksinə, elm oxuyan, savadlılar isə, əsasında elmi sübut olanı həqiqət kimi qəbul edib,  tərbiyəli, insanpərvər, düşüncəli, bacarıqlı  - kamilə çevrilir. Bu gün, öncül dünyamızı formalaşdıran idarəçilik qaydaları üstünlükləri ilə bir daha təsdiq edir ki, yalnız milli təməllər üzərində çağdaş, dünyəvi, demokratik və hüquqi dövlət qurmaq mümkündür. Millətə xidmətdə olan – özünə, bəşəriyyətə xidmətdədir. Millətə xidmətdə olmayan sonda, özünün, bəşəriyyətin faydasını da itirmiş olur. Yoxsa, mən... başqasının qondarma əməlinə hansı əsasla, məntiqlə cavabdeh sayılmalıyam, onun saxta nümayəndəsinə, əslində isə din adıyla  pərdələnən bəzirganlara,  peşəkar dələduzlara hesabat verməliyəm. Gülünc deyilmi? “İslam ol (təslim ol)” demişdi Rəbb-i ona. “Aləmlərin Rəbb-inə təslim oldum” demişdi o.” (Quran,Baqara, 132.). Burada, hər şey aşkardır, deyiımi? Düşüncə özgürlüyümü yox edəcəyi, mənliyimi alçaldacağı səbəbindən bir şəxsiyyət  olaraq, təslimçiliyi və kiminsə qulu olmağı bacarmayan, tarixən heç vaxt qulluğu yaşamayan kimi – bu düşüncəni,  dünəndən qəbul etmirəm. Çünki, məni də yaradanım belə yaradıb!..Məntiqlə, insanın genetik keyfiyyət məsuliyyəti (tərbiyəsi istisna olmaqla) də, adi “usta məsuliyyəti” kimi, onu yaradanın üzərindədir. Ümumiyyətlə, dünya xalqlarının sağlam həyat tərzi - dinlərdən yaxa qurtarıb, elmi əsaslarla həyat qurmaqla mümkündür.  Bütün bu söhbətdən mütləq bir fikir yaranır ki, hər  şey özünə və millətə xidmətdə olmalıdır! Millətə xidmətdə olmayan, ona və deməli, özünə də gərək deyil.
Sözardı:- Bu yazı ifadə olunduğu kimi qavranılıb, qiymətləndirilərsə öncə soydaşlarım, bütövlükdə isə bəşəriyyət, nisbilik nəzəriyyəsi müstəvisində, indiyədək onu sarmış cəhalət xülyasından, mövcudluğuna daha çox əsas olan sübutlu varlığı, reallığı qəbul edib, bu yöndə yaşamalı olduğuna inanmaqla, dolğun bir ömür yaşaya biləcəkdir.       

17:00