Məmməd Əmin RƏSULZADƏ: Diriliklərin ən qiymətlisi də milli dirilikdir

Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”! anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyan olamaz zənnindəyiz. Dünyanm mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar.

Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriycr. Halbuki Şərqdə, ələlxüsus, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər, rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar.
Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar. İnsanlar bilafərq millət və məzhəb düşməni – ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran iştə bəşəriyyətin təbiətlə etdiyi davalar-dan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən, diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insänlar arasmda bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi – həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə ən süfla xidəmətlər ifa edən fəsil əmələlərdir. Neft mədənlərində çalışan “çornı raboçilər” kimi.
Məncə, mədəniyyəti – bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim:
Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari və onlardakı tərəqqi və imranın əsir və dəstgiri olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən topların müqabilində köhnə karvansaraların halı nə olar? Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm ilə gözləyən bir abidin hüzuri-qəlbilə razi-niyazına da kafi gəlməz.
Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə”*. Məzrəəni abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir.
Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı isə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. “Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə xətm məqal edəcəyəm. Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir.İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir.

Milli dirilik

Qarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti – bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”.
Bu fikrimi imdi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi:
— İslam millətləri üzərinə təsəllüt icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruz?
Mən bu suala cavab olaraq, bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor – deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyan etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchi-ati idi. Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsus. Ondakı bu xüsusiyyətlər aləmi-mədəniyyətdə xüsusi bir taqım ibda və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (orijinalnost) müdəqqiqlər nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə, fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktur Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birərammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltaraşlar. Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədərtəsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçinkov və sairəyə malik olacaqmı idik? Məlum ki, yox!
Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yenə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yaxud təmsil olunmuş bir erməni dığası, yaxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yenə böylə bir rus ola bilməz: Əvvəla bilmiyincə də ondan yaxşı və müfid bir rus mühərriri çıxmaz. Binaən əleyh, ondakı ibdai-qüvvətləri əqim qalar, bundan isə yaşadığı mühıt zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar.
Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yetirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande”*, məyub və səqti bir şey vücuda gələr.
Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən məhrumdur. Həyatını həmişə başqalarına mədyundur. Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni-təkamül və təvarüsün bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir.
Kənardan bir miliətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək hər nə qədər ibtidai – əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir.
Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, Ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz.
Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur.
Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla beiə dəftəri ixtiraati-aləmdə cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur.
Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutmass mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir. Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatt xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması bu zaidləri heç şübhə yox ki, mübəddəl bir naqis ediyor. Naqislərin ədədi çoxaldıqca, müadllənin qiyməti azalmaq elmi-cəbr qaydalarındandır. Dostanə bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə təixis etmiş idim.:  Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qatmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.

“Dirilik” dərgisi, N 2, 2 oktyabr 1914

13:36