MƏLƏK SİMALI İBLİSLƏR haqda...

(ədəbi material deyil)

 

Sabah istirahət günüdür!
Amma xalqın xidmətində duran adamın meşədə, dəniz kənarında şellənmək günü deyil !..

Paytaxtın bütün rayonlarında həftəbazarı (yarmarka) var. Və hər bir rayon icra hakimiyyətinin (və bələdiyyələrin) o yarmarkalarda nümayəndələri olmalıdır.

Yoxdursa olsun, varsa, zəhmət çəkib təğyiri-libas olsun və girsin camaatın arasına.

Sonra satanların və alanların dialoqlarını və monoloqlarını dinləsin.

Daha sonra isə özündə qeydiyyat aparıb birinci gün qoysun rəhbərinin qabağına.

Vicdanla, əxlaqla!..

Xalqdan yuxarıya dezinformasiya verməklə bu məmləkəti fəlakətə sürükləməsin!!!

İnanın ki, real durum yaxşıdırsa da, pisdirsə də aşağı çinli məmurların (bələdiyyələrin) öz işlərinə münasibətinin nəticəsidir.

Burada başqa heç kəsin günahı yoxdur!

Vallah yoxdur!

Mələk simalı iblislər gözəl bilirlər ki, xalq nədənsə narazı qalarsa, onlar sudan quru çıxanların sırasında olacaqlar!

Məncə, istənilən dövrdə, istənilən quruluşda dövlət xalqla birbaşa təmasda olan adamları dəfələrlə süzgəcdən keçirib sonra iş başına gətirməlidir.

Əks təqdirdə təbii ki, (məsələn) aktyor məzuniyyətdən qayıtmağa yaxın özünün bir ay əvvəl almalı olduğu əməkhaqqını alacaq...

(Növbəti yazım "Avropada azadlıq axtarışında olanlar" haqqında olacaq)

Xudaferin.eu

22:56