Əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir

 

Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir.
 

Bununla bağlı bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında Əmək Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə edilib. Dəyişikliyə əsasən məcəllənin 45-ci (Əmək müqaviləsinin müddəti) maddəsində edilən dəyişikliyə görə, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Hazırkı varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, son illərdə Milli Məclis Azərbaycan vətəndaşlarının daha çox necə və harada, hansı şəraitdə cərimələnmələri sahəsində fantastik səviyyədə qanunlar qəbul edib. Ölkə əhalisinin sosial və ictimai hüquqlarının qorunması barəsində isə daha çox “tənzimləyici”, yəni insanların hər addımda cərimələnməsi düsturuna üstünlük verilib. Bu proses elə indinin özündə belə davam etməkdədir.

Hurriyyet.org 

09:35