Mitinqə gedən poçtalyon işsiz qaldı

 

Poçtda azı 5 illik təcrübəsi olan bu iki qadın on gündür ki iş yerlərini itiriblər. Mehriban Hüseynli işdən çıxarılıb və bunu 23 sentyabr mitinqində iştirakı ilə əlaqləndirir. Iştirak etdiyi son mitinqdən sonra işində yoxlama aparılıb, elə bir günün içində də işdən azad olunma əmri verilib. Əmrdə qeyd edilib ki, Mehriban Hüseynli vəzifə öhdəliklərini yerinə yetirməyib.
 

İş yoldaşı və Zirə qəsəbəsində yerləşən 120 saylı poçtun 7 ildir şöbə rəisi çalışan Nuranə Hüseynova da istefa verib. Mehriban Hüseynli AXCP Xəzər rayonu üzrə məclis sədridir. O deyir ki, hər mitinq öncəsi zəng edib, mitinqə gedib getməyəcəyini soruşurdular. Mehriban Hüseynli mitinqə ölkədə baş verən haqsızlıqlara görə getdiyini deyir. Nuranə Hüseynova deyir ki, iş yerində ailə kimi idilər. Amma baş verən haqsızlıqlar ona işləməyə imkan vermədi.

“Azərpoçt” MMC-nin mətbuat katibi Günel Gözəlova bildirib ki, Mehriban Hüseynlinin işdən azad olunmasına səbəb vəzifə öhdəliklərini yerinə yetirməməsidir. Mitinqdə iştirakının işi ilə heç bir əlaqəsi yoxdur. Valideynləri ilə yaşayan Mehriban Hüseynli deyir ki, cəmi 160 azn maaş alırdı. O isə ancaq ev xərclərinə yetirdi.

Meydan.TV

09:39