Misirdə növbəti partlayış: Ölən və yaralananlar var

Misirin Sina yarımadasında yerləşən Kıpti kilsəsində partlayış baş verib.

Xudaferin.eu Misir mətbuatına istinadən bildirir ki, insident nəticəsində ölən və yaralananlar var. Hələlik xəsarət alanların dəqiq sayı barədə məlumat verilmir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Daha dəqiq məlumat veriləcək.

Qeyd edək ki, ötən həftə Qahirədə kilsə yaxınlığında baş verən terror aktı nəticəsində 25 nəfər dünyasını dəyişmişdi. İŞİD hadisəyə görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Xudaferin.eu 

14:38