Misirdə kilsədə partlayış: Çoxlu ölən və yaralananlar var
Bu gün Misirin Tanta şəhərində kilsədə partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
Xudaferin.eu APA-ya istinadən xəbər verir ki, bu barədə “Al-Mayadin” telekanalı məlumat yayıb.
Qeyd edək ki, bu gün səhər Misirin Tanta şəhərində kilsənin ibadət zalında partlayış törədilib. İlkin məlumata görə, partlayışı terrorçu-kamikadze törədib. Daha sonra Misir Daxili İşlər Nazirliyinin təlim mərkəzi yaxınlığında partlayış olub. Misir KİV-ləri partlayış nəticəsində 1 polisin öldüyü barədə məlumat yayıb.

Xudaferin.eu
15:04
Digər xəbərlər