Misir portalı Bakıdakı Hərbi Qənimətlər Parkı barədə videoçarx yayıb

Misirin “Əl Bavab” portalında aprelin 12-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin açılışını etdiyi Hərbi Qənimətlər Parkı barədə videoçarx yerləşdirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, videoçarxda Hərbi Qənimətlər Parkında Azərbaycan Ordusunun Qələbə ilə başa vurduğu 44 günlük müharibədə əldə olunmuş hərbi qənimətlər nümayiş etdirildiyi bildirilib. Qeyd olunub ki, nümayiş etdirilən eksponatlar arasında KUB zenit-raket kompleksi, düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit-raket kompleksi və digər vasitələr var. Bundan başqa, ermənilərin qoyub qaçdığı atıcı silahlar, raket kompleksləri, hərbi nəqliyyat vasitələri və digər sursatlar da qənimətlər sırasındadır.

Diqqətə çatdırılıb ki, Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox hərbi avtomobilin nömrə nişanından hazırlanan lövhədir.

 

Oqtay Bayramov

Xudaferin.eu

13:39