Mirzə Əsgərovun rəhbərlik etdiyi xor daha bir festivalda iştirak edəcək

 

Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xorunun konsert mövsümü müxtəlif tədbirlərlə zəngindir. Kollektiv noyabrın 11-də Moskva Dövlət Filarmoniyasının “Orkestrion” konsert zalında XVIII “Admiralteyskaya muzıka” beynəlxalq festivalında çıxış edəcək.

MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarında 200-dən çox bəstəkarın klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları yer alıb.

Xudaferin.eu
RF. “Moskva Bürosu”

 

09:18