Mirvari Qəhrəmanlı: “İcazəsiz qayıqlar tor ataraq o başa, bu başa şütüyürlər”

 

“Balıqçıların sahibi bunun üçün kimə lazımdır “hörmətlərini”edirlər. “Azneft İB strukturlarına daxil olan NQÇİ-lərdə qəza baş verəndə, bu qəza ən vacib faktor olan insan itgisi ilə nəticələnəndə ictimaiyyətin ağlına ilk gələn olur ki, bəlkə təxribatdır? Biz isə bir hüquq müdafiə təşkilatı olaraq deyirik, bu ölkə qanunvericiliyinin pozulmasının nəticəsidir”.

bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “feysbuk” səhfəsində yazıb. “Bu balıqçı gəmiləri dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateyi obyektdə hər hansı bir fəsad törədə bilməz?” “Aşağıdakı şəkillərə diqqət yetirin. Neft Daşları NQÇİ-yə məxsus ərazidə balıq biznesi ilə məşğul olan balıqçı qayıqlarıdır. Bu həmişə müşühidə olunur. Təsadüf deyil ki, NQÇİ-nin estakadalarının arası ilə heç bir rəsmi icazəsi olmayan, bütün qadağalara baxmayaraq, balıqçı qayıqları tor ataraq o başa, bu başa şütüyürlər. Aldığımız məlumatda o da qeyd edilir ki, balıqçıların sahibi bunun üçün kimə lazımdır “hörmətlərini”edirlər. Doğurdan da, onda bu kənar adamlar üzərindən neft və qaz xətləri keçən stratejli əhəmiyyətli estakadaların altı ilə hərəkət edərək istədiklərini etməzdilər. Kim qarantiya verə bilər ki, bu balıqçı gəmiləri dövlətimiz üçün xüsusi əhəmiyyəti olan, strateyi obyektdə hər hansı bir fəsad törədə bilməz?” - deyə NHMT sədri sual edir.
 

“Bunun müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulur”
 

Qəhrəmanlı onu da qeyd edib ki, Neft Daşlarında dövlətə məxsus belə qayıqlar yoxdur: “Bunlar PSK-da deyil, 2-3 nəfərlik balıqçı qayıqlarıdır. Bunun müvafiq dövlət qurumları tərəfindən ciddi araşdırılmasına ehtiyac duyulur”.

Qəhrəmanlı əlavə edib ki, şəkildə arxada görünən obiyekt ARDNŞ-nin mühüm strateji əhəmiyyətli Neft Yığım Məntəqəsidir.

Şamo
Hurriyyet.org

 

09:43