Mirmahmudun sözü...

O, böyük bir şəhərdir- "Sədaqət", "Sücaət", "İman", "Siyasət" bu şəhərin ən geniş prospektlərinin adlarıdır. Bu şəhərin gəzib dolaşa bildiyim ancaq "İman" pospektindən sizə söhbət açmaq istəyirəm. Orada hər kəsə yer vardır, hər şey Tanrının buyurduğu kimidir. Hamıya aydın olsun deyə, heç bir rəngdən istifadə etmədən, mübaliğəsiz danışacam.

Əvvəlcə qısa xronika:
O, 1956-cı ildə Yardımlı rayonunun Telavar kəndində dünyaya gəlib. 1974-cü ildə orta təhsilni başa vurub. 1974-1976-cı illərdə əsgəri xidmətdə olub. 1977-ci ildə Sumqayıt şəhərində, “Üzvi sintez” istehsalat birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1978-1984-cü illərdə istehsalatdan ayrılmadan Bakı Dövlət Universitetinin tarix fakultəsində təhsil alıb. 1987-ci ilədək “Üzvü sintez” istehsalat birliyində işləyib. 1987-ci ildən pedaqoji fəaliyyətə başlayıb, 4 saylı axşam məktəbində müəllimlik edib. 1988-ci ildən 1992-ci ilədək Sumqayıtdakı Vaqif İbrahim adına 35 saylı orta məktəbdə tarix fənnindən dərs verib. 1990-cı ildə 116 saylı Corat seçki dairəsindən ilk dəfə Millət Vəkili seçilib. 1995-ci ildə ikinci dəfə təkrarən Millət Vəkili olub. Üçüncü dəfə, 2000-ci ildə Şirvan seçki dairəsindən Millət Vəkili seçildikdən sonra, öz deputatlıq mandatından imtina edərək Milli Məclisi tərk edib...

Səxavətlidir- son tikəsini bölüşməyi bacarır…

Xeyir-şərdən heç vaxt qalmaz- hörməti artıran bu xasiyyət, onda da vardır...

Ehtiram göstərəndir- səviyyəsindən asılı olmayaraq, hər kəsi ölkəsinin ən dəyərli övladı kimi qarşılayır, ən dəyərli övladı kimi də yola salır…

Şükr edənlərdəndir- itkiləri çox olub. Dörd övladından üçünü itirib, heç zaman Tanrıya asi çıxmayıb…

Mərhəmətlidir- həmişə xəstələri, şəhid ailələrini yoluxmağa, onları sovqatla sevindirməyə tələsib…

Etibarlıdır- dost bildiklərinə, əqidəsinə heç zaman dönük çıxmayıb…

Ürəyi çox yumşaqdır- xətrinə dəydiyi adamdan üzr istəməyi özünə əskiklik bilmir…

Cəsarətlidir- kimliyindən asılı olmayaraq haqqı üzünə deməyi bacarır…

Allahın sədaqətli quludur- orucdan, namazdan kəsir saxlamaz…

O, Mirmahmud ağadır- milyonların qəlbində sözü və əməli ilə yuva qurub, sevgi qazanıb…

Əqidəsi onu zirvələrə qaldırıb- sevəni, sevməyəni də vardır…

Bu ad, məqamında sözü demək hünəri ilə yadda qalıb. Bu gün cəmiyyətdə "Mirmahmudun sözü" deyilən bir anlam var. Onu tez-tez işlədənlər də az deyil. Necə deyərlər, Mirmahmudun sözü olmasın,...

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

xudaferin.eu

23:56