Milliyyətçi Gənclər Təşkilatının faəlları həbs edilib

 

Avqustun 1-də Gəncə şəhərində (Bakıdan 364 kilometr qərb) Milliyyətçi Gənclər Təşkilatı İdarə Heyətinin üzvləri - Müşfiq Vəliyev və İsgəndər Osmanlı barədə polisə tabe olmamaq maddəsi ilə ittiham irəli sürülərək, barələrində 25 sutka inzibati həbs qərarı çıxarılıb.

Gənclər iyulun 31-də Gəncə şəhərində mülki geyimli naməlum şəxslər tərəfindən saxlanılıb. “Xudaferin.eu”ya daxil olan bilgilərə görə, Milliyyətçi Gənclər Təşkilatının bir qrup üzvü Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə səfər etdikləri zaman burada öz həmyaşıdları olan milli görüşlü gənclərlə görüşlər keçirmək istəmişlər. Onlar şəhərdə mülki geyimli polis əməkdaşları tərəfindən hər addımda təqib olunmuşlar. Bununla yanaşı, Bakıdan gələn gənc milliyyətçilər dərhal “qanunu pozmaq” iddiası ilə yerli polis tərəfindən tutuqlanmışlar. Bu faktın özü bir daha sübut edir ki, Azərbaycan hərbi polis rejimi qanunları ilə idarə olunur. 
Qeyd edək ki, Milliyyətçi Gənclər Təşkilatı Bakıda dəfələrlə Çin, İran, Rusiya və digər ölkələrdin səfirlikləri qarşısında Doğu Türküstan, İran mollakratiya rejiminin və Rusiya səfirliyinin qarşısında etiraz aksiyaları keçirməklə daha da tanınmışlar. Onlar Türk xalqlarının hüquq və azadlıqları uğrunda fəal mübarizə aparan gənclər təşkilatlarından biri kimi tanınmışlar.

Xudaferin.eu
“Gəncə Bürosu”

 

22:45