Milli Preventiv Qrup Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmanlı ilə görüşüb

 

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı cəzaçəkmə müəssisəsində olub. MPQ üzvləri məhkumları, o cümlədən Bayram Məmmədov, İlkin Rüstəmzadə, Elgiz Qəhrəmanlını konfidensial qaydada dinləyib, hüquqlarının təmin olunması vəziyyəti, müraciətləri və qaldırdıqları məsələlər yerində araşdırılıb və cavbalandırılıb. Bu barədə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) mətbuat xidməti məlumat yayıb.

“Adı çəkilən şəxslərin yeməkdən imtina etmədikləri, normal qaydada qidalandıqları məlum olub, eyni zamanda Bayram Məmmədovun yataq yerinin dəyişməsi ilə bağlı Ombudsmana ünvanlanmış ərizəsi qəbul olunub”, xəbərdə qeyd olunur. Mətbuat xidməti bildirir ki, yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla həyata keçirilən işlər çərçivəsində məhkumların saxlanma şəraiti və hüquqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib. Başçəkmənin nəticəsi ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət olunacaq.

Amerikaninsesi.org

09:57