Milli Məclisin növbəti plenar iclası keçirilir

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilir.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, iclasın gündəliyinə 7 məsələ daxil edilib.

İclasda müzakirə olunan ilk məsələ Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı haqqındadır.

Sonra deputatlar “Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında” (üçüncü oxunuş), Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), “Ətraf mühitin mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) və “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edəcəklər.

Xudaferin.eu


 

12:20