Milli Məclisdən “vergi amnistiyası”

 

Milli Məclis "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanunu qəbul edib. Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, sənəd ilə 2017-ci ildə 45 minə yaxın vergi ödəyicisinin faiz və maliyyə sanksiyasına görə 624 milyon manata yaxın borcu silinəcək. Vergi ödəyicilərinin vergilərinin Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci il yanvarın 1-nəvergi orqanlarındakı şəxsi hesab vərəqlərində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək. Digər maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir, -vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 70%-i müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinəcək; - vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50%-i ödənildikdə - maliyyə sanksiyalarının ödənilməmiş 50%-i silinəcək. Vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70%-i ödənildikdə - maliyyə sanksiylarının ödənilməmiş 30%-i silinəcək. Bu qanun borcların məcburi ödənilməsi barədə məhkəmə qərarı qəbul edilmiş, lakin 2017-ci il yanvarın 1-nə mövcud olan ödənilməmiş hissələrinə də şamil edilir.

Xudaferin.eu

12:20