Milli Məclisdə Türk Toplumları ilə ilgili sərgi

Azərbaycan Milli Məclisinin binasında gənc rəssam Rəşad Nuriyevin Türk toplumlarının tarixi, mədəniyyəti və adət-ənənələrinə həsr olunmuş əsərlərindən ibarət sərgi nümayiş etdirilib. Millət vəkilləri, TürkPA-ya üzv ölkələrin təmsilçiləri, incəsənət nümayəndələri sərgi ilə tanış olublar. Uluslararası Türk Kültürü və İrsi Fondunun prezidenti Günay Əfəndi deyib ki, TürkPA-nın bu gün Bakıda keçirilən tədbirlərindən sonra belə bir sərginin təşkili mühüm əhəmiyyət kəsb edir. Türk Toplumları eyni kökə, eyni dinə, adət-ənənələrə mənsubdurlar. Nümayiş etdirilən bu möhtəşəm əsərlər bir türk xalqının sadəcə adət-ənənələrini, musiqi alətlərini deyil, ümumilikdə türk dünyasının milli köklərini əks etdirir. Bu gün gənc rəssam üçün çox önəmli bir gündür. Gənc olmasına baxmayaraq, onun sərgiləri müxtəlif ölkələrdə, o cümlədən Türkiyənin qədim Bəylərbəyi sarayında, müxtəlif qalereyalarda, Azərbaycanın sərgi salonlarında nümayiş etdirilib. Milli Məclisdə belə bir sərginin nümayişi istedadlı rəssamın həyatında müsbət rol oynayacaq. Azərbaycanın Xalq rəssamları Sərxan Məmmədov və Arif Hüseynov əsərlərin milli köklərimizi çox yüksək səviyyədə əks etdirdiyini vurğulayıblar.

Xudaferin.eu

16:37