Milli İncəsənət Muzeyində “17 noyabr - milli birlik, oyanış günü”

“17 noyabr - milli birlik, oyanış günü” adlı tədbirdə əvvəlcə muzeyin əməkdaşlarının Milli Dirçəliş Günü ilə əlaqədar hazırladıqları videoçarx nümayiş olunub. Sonra qonaqlara Azərbaycan xalqının milli dirçəliş hərəkatının tarixi haqqında ətraflı məlumat verilib.v Bildirilib ki, xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən dövrə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda, şərəfli bir dövr olduğunu görərik. Bununla yanaşı, Azərbaycan xalqının keçmiş Sovetlər Birliyi məkanında ilk dəfə olaraq, dövlət olmanın və milli müstəqillik uğrunda mübarizə meydanlarında ən öndə gedən xalqlardan biri olduğu qeyd edilib. 17 noyabr hərəkatı həm də Azərbaycan xalqının Ermənistandan zorla qovulan və deportasiyaya məruz qalan 220 min nəfərlik soydaşımızın hüquqlarının müdafiə olunması, Qarabağın birbaşa Ermənistanın işğalçılıq siyasətinə Moskvanın dəstək verməsinə və Orta Asiyadan Kremlin dərin siyasəti nəticəsində Ahısqa Türklərinin qovulmasına qarşı milli dirəniş və oyanış hərəkatının tarixi aspektləri haqqında danışılıb. Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Bülbül adına orta ixtisas musiqi məktəbinin şagirdləri çıxış ediblər.

Xudaferin.eu

14:29