Milli fəal Əta kəriminin ailəsinə basqılar artırılır

 

İran mollakratiya rejimi milli fəalların ailə dükanlarını qapatmaqla əhalini qorxuya salmaq istəyir

Güney Azərbaycan Milli Hərəkatının Urmudan olan tanınmış milli fəalı Əta Kərimiyə qarşı son günlər təziqlər dah da artıb. Rejimin “icrayi əhkam” adlı qurumunun qüvvələri milli fəalın atası və qardaşının işlətdıyı dükana gedərək mağaza qapılarına “giriş yasağı mühürü” (plomb) vurublar.

Qeyd edək ki, bu ailənin gəlirini tənzimləyən mağazanın qapılarını “plomb” yapışdıraraq və səbəbsiz yerə bağladan rejim məmurları, ailə üzvlərinədə mağazaya giriş etdikləri təqdirdə tutuqlanacaqlarını bildiriblər.

Xatırladaq ki, Əta Kərimi 2014-cü ilin 9 sentyabr tarixində Urmunun “Durnalar Yuvası” voleybol salonunda Urmu takımının oyunu  zamanı Azərbaycan bayrağını ucaltdığı  üçün Yasir Əkbər, Məhəmməd Təməddüni və Nima Həsəni ilə birlikdə tutuqlanmışdı. 8 ay zindanda saxlanılan 4 milli fəal mülki vəsiqə qarşılığında müvəqqəti şərtlər altında azadlığa buraxılmışdı.

Urmu  Appelyasiya Məhkəməsinin 10-cu şöbəsi Yasir Əkbəri, Məhəmməd Təməddüni, Əta Kərimi və Nima Həsəni barəsində hökmünü açıqladıqdan və onun (Ə. Kərimi) həbs cəzasının icrasına dair qərar verdikdən sonra aprelin 19-da Urmu mərkəzi zindanına müraciət etmişdi. Ancaq 2017ci ilin mayın 11-də sağlıq sorunları səbəbi ilə Ə. Kərimi müalicə almaq üçün müvəqqət olaraq sərbəst buraxılıb.
Qeyd edək ki, İran mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı divan tutmaq üçün bu yeni taktikadan yararlanmağa çalışır. Beləliklə də ya onlar qorxaraq geri çəkilməli, ya da ailələri ilə üz-üzə qalmalıdırlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

 

09:58