Milli fəal Siyamək Mirzayinin məhkəməsi keçiriləcək

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan və bu gün siyasi tutuqlu kimi məhbus həyati yaşayan 36 yaşlı Siyamək Mirzayinin hüquqlarının qorunması yönündə son müdafiəsi qismində apellyasiya məhkəməsinə hazırlıq işləri görülür. Bu qonuda açıqlama verən vəkili məhkəmədə çıxış edəcək. Milli fəalin Vəkili Məhəmmədrza Fəqihi bildirib ki: “2017 ci il aprel ayının 26-da Tehranın apellaysia üzrə şikayətimiz cəzaevinin 36-cı bölməsinin hakimi Zərgərin nəzarətində baxılacaq”.

Qeyd edək ki, Güney Azərbaycanda Türk millətinin milli haqları uğrunda mübarizəsinə görə 6 aydır İran mollakratiya rejiminin Tehrandakı ən qorxulu cəzaevi kimi tanınan “Evin” zindanında tutuqlu olan milli fəal Siyamək Mirzayi üçün hökm oxunub. Bu yöndə  ölkənin fars mollakratiya rejiminin məhkəməsi siyasi baxışlarına görə tutuqlu saxlanan Siyamək Mirzayiyə qarşı qondarma ittihamlara əsasən hökm oxunub. Məhkəmə hakmi Həsəni milli fəalla 10 il həbs və 2 il sürgün həyat hökmünün verilməsi barəsində qərar çıxarıb. 

İran adlı ölkənin mollakratiya rejiminin xüsusi qüvvələri kimi tanınan “Ettellat” (İran bilgi və təhlükəsizlik nazirliyi-“ETTELAAT”) Siyavuş Mirzayini 2016 ci il iyul ayının 14-ü axşam çağı Muğan (Parsabad ) şəhərində onun özünə məxsus mağazasına girərək  vəhşicsinə döyməklə yanaşı, həm də əqidəsinə görə tutuqlamışdır . Siyamək Mirzayi neçə müddətdir ki, Muğan şəhərindəki “Ettlaat”a məxsus cəzaevində istintaq və işgəncə altında saxlanıldıqdan sonra, onu Tehrandakı “Evin” zindanına köçürülüb.

 

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

06:21