Milli Fəal Səfiyə Qarabağlı mollakratiya rejiminin məhkəməsinə çıxdı

 

İran mollakratiya rejiminin inqilab məhkməsi ötən həftənin 2-ci günü Güney Azərbaycan Milli Hərəkatının fəalı Səfiyə Qarabağlıya sunulan çağırışa əsasən avqusun 6-da ona qarşı  qondarma suçlama düzənləyib.

Mollakratiya rejiminin Güney Azərbaycanın Zəngan şəhərində yerləşən qondarma inqlab məhkməsinin 4 cü şöbəsinin hakimi milli fəal Səfiyə Qarabağlını “İran dövlətçilik sisetminin əleyhinə fəaliyət və təbliğ”, “Qarqaşa yaradan qruplarıla iş birliyində olmaq”,  “Mollakratiya rejiminin əmniyyət və təhlükəsizliyini pozmaq “, “Yalan, dedi-qodu və xəbər yayamaqla xalqın fikirlərini qarışdırmaq”..  və sair saxta ittihamlarıla suçlandırıbdır.

Mollakratiya rejiminin məhkəməsındə milli fəal qondarma suçlamalarla sorğuladıqdan sonra onu 80 milyon tümən (təqribən 20 min euro ) mülkü vəsiqə qarşılığında müvəqqət olaraq azadlığa buraxma hökmü çıxarıb. Məhkəmə sonucunda hökmü yaxın aylarda gözlənilir. Qeyd edək ki, Səfiyə Qarabağlı mollakratiya rejim tərəfindən ğtən həftə əl qoyulan şəxi əşyalarının hamısını geri ala bilməyib.

Xatırladaq iyul ayının 17-də Güney Azərbaycanın Zəngan şəhrindəki mollakratiya rejiminin “Ettelaat” idarəsinin (İran Kəşfiyyat Nazirliyi) qüvvələri milli fəal Səfiyə xanım Qarabağlını öz evindən çıxarkən tutuqlamışdı. Ruzbeh Səadəti , Səfiyyə Qarabağlının yaşam yoldaşı öz facebook səhifəsində bu tutuqlama haqda bildirib ki, rejim məmurları həmin tutuqlamanın ardından onların evinə hücum edərək, axtarış aparıb, Səfiyyə xanıma aid şəxsi bilgisayar, kitablar ,əlyazmalar, qeydiyyat vərəqlərinə əl qoyubdur.

Xudaferin.eu
Güney Azərbaycan, “Zəngan Bürosu”

10:05