Milli fəal Səccad Əfruzian tutuqlandı

 

Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan Səccad Əfruzian yanvar ayının 15-də İran mollakratiya rejiminin ən qəddar cəza dəstəsi olan İttilaat (Ettelaat-İran Kəşfiyyat Nazirliyi) tərəfindən tutuqlanmış və bəlirsiz bir yerə aparılmışdır. Onun nədən və niyə həbs olunması isə hələ də qaranlıq qalır.
Xatırladaq ki, milli fəal Səccad Əfruzian qardaşı Fərdin Əfruzianla birlikdə 2015-ci ilin noyabr ayında bütün Güney Azərbaycan boyunca baş vermiş kütləvi etiraz hərəkatında fars irqçiliyinə qarşı apardıqları mübarizəyə görə tutulmuşdular və Təbrizdəki “Mərkəzi İttilaat”ın zindanında 40 gün boyunca işgəncələrə məruz qalmışdılar. Bütün bunlar azmış kimi, sonra 100 milyon tümənlik mülki cərimə qaydasında müvəqqəti və şərti ilə azad olmuşdurlar.
Qeyd edək ki, son illərdə vüsət götürən, gün-gündən daha da inkişaf edən çağdaş Güney Azərbaycan Milli Hərəkatının istəkləri, gündəmə gətirdiyi problemlər əhali arasında çox böyük anlamda rəğbətlə qarşılanır. İran mollakratiya rejimi bütün bunları görərək əhali arasında ictimai xof və qorxu yaratmaq üçün milli fəalları dalğavarı şəkildə həbs etmək taktikasını yürüdür.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”

11:21