Milli fəal Şapur Nüsrətpur məhkəməyə çağırıldı

 

Tehran mollakratiya rejiminin Güney Azərbaycan Milli Hərəkatının basqıların tutumu gün-gündən daha da artmaqdadır. Ötən həftə Ərdəbil şəhərindən olan milli fəal Şapur Nüsrətpur üçün rejimin Qaradağ vilayətinin Əhər şəhərindəki ən qəddar və işgəncələrə yer verən “İnqilab Məhkəməsi”nə çağrış vərəqəsi gəlib.

“XUDAFERİN.EU”-nun Ərdəbildəki müxbir postunun verdiyi son açıqlamaya görə milli fəala göndərilən çağrış bəlgəsinde bildirilir ki, Şapur Nüsrətpur 12 aprel 2017-ci il tarixdə  Təbriz vaxtilə saat 9:00-da rejimin Əhərdəki “İnqilab Məhkəməsi”ndə (Dadgostariye Əhər-Təbriz) 3-cü “İngilab Bölümü”ndə hakım qarşısında olmalıdır.
Əslən Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli fəal Şapur Nüsrətpur Əhər “İnqilab Məhkəmə”si savcılığının hazırladığı dosyada bildirilir ki, o “ölkə təhlükəsizliyini pozmaq amacı müxalif yönlü antirejim qruplar yaratmaq” ittihamı ilə hakim qarşısına çıxmalıdır”.

Qeyd edək ki, son bir həftə içində mollakratiya rejimi Güney Azərbaycanın Əhər, Xiyav, Ərdəbil şəhərlərindən olan onlarca sayda milli fəala məhkəməyə çağrış bəlgəsi yollayıb.

Son bir həftədə eyni tarix və məhkəməyə çağrılan həmin milli fəallarının adları 2014-cü il fevralın 20-də Əhərdə “Uluslararası Ana Dili Günü” törənində 100 nəfərdən aşqın tutuqlanan milli fəalların adları arasında da yer alır .Güney Azərbaycan Milli Hərəkatının  siyasi ekspertlərin baxış və yanaşımlarına görə bu çağrışlar həmin 2014 cü ilin kütləvi tutuqlamalar dosyasının davamıdır .Bu dönəmdə yüzlərlə Güney Azərbaycan milli fəal Əhər şəhərində tutuqlanmış, onlar günlərlə işgəncə görmüş və maddi cərimələr ödəmək qarşılığında müvəqqət olaraq azad olmuşdurlar.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

11:19